Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən "Turan Tovuz" bu gün növbəti yoxlama oyununa çıxıb.
Day.Az xəbər verir ki, Kurban Berdıyevin komandası "Keçiörengücü" ilə qarşılaşıb.
Türkiyə 1-ci liqa təmsilçisi ilə görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, "Turan Tovuz" Boludakı ilk sınaq matçında "Çorum"la (Türkiyə) heç-heçə edib - 1:1.