AZ

Goranboyda yük maşını atı vurub öldürdü

ain.az, Lent az saytına istinadən bildirir.

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.Lent.az-ın məlumatına görə, insident rayonun Veyisli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü E.Əliyev idarə etdiyi MAN markalı yük avtomobili ilə Kəlbəcər rayon sakini, 1975-ci il təvəllüdlü Q.Alıyevə məxsus atı vurub. Nəticədə heyvan hadisə yerində tələf olub.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
4
lent.az

5Mənbələr