Ayna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Artıq 60 yaşı tamam olmuş şəxslər hərbi xidmət müqaviləsi bağlaya bilərlər
Ukrayna Prezidenti Volodimir Zelenski hazırda 60 yaş olan hərbi xidmətin maksimum yaş həddinin artırılması haqqında qanun imzalayıb. AYNA.AZ xəbər verir ki, müvafiq məlumat ölkənin Ali Radasının saytında yerləşdirilib.
Ali Rada sənədi ikinci oxunuşda qəbul edib. Onun lehinə 306 deputat səs verib.
Yeni qanuna görə, artıq 60 yaşı tamam olmuş şəxslər hərbi xidmət müqaviləsi bağlaya bilərlər.
Hazırda Ukraynada 25-60 yaş arası kişilər hərbi xidmətə çağırılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.