"Zirə" və "Araz-Naxçıvan" komandaları UEFA Konfrans Liqasının II təsnifat mərhələsi üzrə cavab oyunlarının keçiriləcəyi şəhərlərə çatıb.
Offsideplus.az xəbər verir ki, "qartallar" iyulun 31-i Bakı vaxtı ilə saat 23:00-da Xorvatiyanın Split şəhərində "Hayduk" ilə üz-üzə gələcək. Rəşad Sadıqovun komandası ilk matçda 1:1 hesablı heç-heçə edib.
"Araz-Naxçıvan" isə eyni gündə Bakı vaxtı ilə saat 22:15-də Yunanıstanda "Aris"in qonağı olacaq. Cavab matçı Salonikidə keçiriləcək. Təmsilçimiz ilk matçda Bakıda 2:1 hesabı ilə qalib gəlib.
View this post on Instagram
View this post on Instagram