AZ

Ağır yol qəzaları iki nəfərin həyatına son qoyduVİDEO

Sumqayıt şəhəri, Sahil qəsəbəsində 2 avtomobil toqquşub. Nəticədə avtomobillərdən birində olan sərnişin həyatını itirib, sürücü yaralanıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə şahidləri bildiriblər ki, avtomobillərdən biri yüksək sürətlə hərəkət  edirmiş.

Digər sürücü isə ara küçədən çıxan zaman əsas yola diqqət etməyib.

Qəza olduqdan sonra həmin yolda uzun müddət tıxac yaranıb. Polis əməkdaşları tərəfindən dərhal tədbirlər görülüb.

TƏBİB-dən Xəzər Xəbər”ə bildirildi ki, yaralının vəziyyəti ağır olaraq qalır.

Digər qəza isə Şamaxıda qeydə alınıb.

Zəncirvari qəza zamanı bir nəfər ölüb. Saat 13 radələrində Şamaxı rayonu ərazisində avtomobil yolun kənarında dayanan başqa bir minik maşınına, daha sonra isə digər avtomobilə dəyib. Nəticədə avtomobillərdən birinin  sərnişini, nəqliyyat vasitəsinin yanında dayanan 44 yaşlı Rasim Ömərov hadisə zamanı aldığı xəsarətlərdən ölüb.

Baş vermiş hadisələr ilə bağlı araşdırmalar aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Seçilən
16
xezerxeber.az

1Mənbələr