AZ

Qazaxıstan və Türkiyə əməkdaşlığa dair bir sıra sənədlər imzalayıblar

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türkiyəyə rəsmi səfəri zamanı birgə investisiya layihələri ilə bağlı bir sıra kommersiya sazişləri imzalanıb.

Moderator.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Kazakh İnvest”in mətbuat xidməti məlumat yayıb.

“İmzalanmış layihələrin ümumi investisiya həcmi 490 milyon ABŞ dollarından çoxdur. Bu təşəbbüslər kənd təsərrüfatını, əczaçılıq istehsalını və logistikanı əhatə edir ki, bu da Qazaxıstan-Türkiyə investisiya tərəfdaşlığının müxtəlifliyini və dərinliyini vurğulayır”, - məlumatda deyilir.

O cümlədən taxıl və paxlalı bitkilərin dərin emalı üzrə inteqrasiya olunmuş aqrar-sənaye kompleksinin tikintisi layihəsi üzrə investisiya sazişi imzalanıb. Layihə gücü müvafiq olaraq 250 min və 80 min ton olan buğda və noxud emalı üzrə müasir zavodun tikintisini nəzərdə tutur. İnvestisiya həcmi 320 milyon ABŞ dolları təşkil edəcək.

Qazaxıstanın Şımkənd, Astana və Almatı şəhərlərində üç logistika mərkəzinin tikintisinə dair Anlaşma Memorandumu imzalanıb. Təxmini investisiya həcmi 75 milyon ABŞ dolları təşkil edir.

“Kazpost” Səhmdar Cəmiyyəti ilə Türkiyənin “S Sistem Yatırım Lojistik” şirkəti arasında birgə müəssisənin yaradılması haqqında saziş də imzalanıb. Layihə Aktobe şəhərində hava limanının ərazisində çoxfunksiyalı logistika mərkəzinin tikintisini nəzərdə tutur. İnvestisiya həcmi 25 milyon ABŞ dolları həcmində qiymətləndirilir.

“Orzax Group” şirkətinin Türküstan vilayətində bioloji aktiv əlavələrin istehsalı zavodunun tikintisi üzrə investisiya layihəsinin həyata keçirilməsinə dair saziş də imzalanıb. Layihə gücü ildə 464 milyon ədəddən çox məhsul istehsal edən, təxmini 70 milyon ABŞ dolları investisiya həcminə malik müəssisənin tikintisini nəzərdə tutur.

Seçilən
6
6
moderator.az

7Mənbələr