AZ

Kaçinski: Polşanın miqrasiya planlarına qarşı genişmiqyaslı mitinq keçiriləcək

Polşa müxalifəti qeyri-qanuni miqrasiyaya qarşı genişmiqyaslı küçə etiraz aksiyası keçirməyə hazırlaşır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Hüquq və Ədalət” (PiS) Partiyasının sədri Yaroslav Kaçinski bildirib.

Onun sözlərinə görə, aksiya 11 oktyabrda təşkil olunacaq. Bu, Polşanın bütün vətənpərvər qüvvələrinin qeyri-qanuni immiqrasiyaya, miqrasiya paktına və respublikaya “bədbəxtlik gətirə biləcək” digər addımlara qarşı nümayişi olacaq.

Kaçinski hər kəsi bu aksiyada iştirak etməyə çağırıb.

O əlavə edib ki, tədbirin məqsədi hökuməti inandırmaq, hətta məcbur etməkdir ki, miqrasiya mərkəzləri yaratmaq əvəzinə Almaniya və Avropa İttifaqının qeyri-qanuni miqrantların yerləşdirilməsinə dair təkliflərinə qarşı fəal müqavimət göstərsin.

Seçilən
2
nocomment.az

1Mənbələr