Yevlaxda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Xaldan qəsəbəsi ərazisində baş verib.
Rayon sakini Anagül Həşimova idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarına aşıb.
Qəza zamanı avtomobildə 5 nəfər olub. Hadisə zamanı biri azyaşlı olmaqla, 5 nəfər xəsarət alıb.
Azyaşlı Nurlan Məmmədlinin vəziyyəti ağır olduğundan, o, Mingəçevir şəhər Xəstəxanasına çatdırılıb.
Qəza zamanı avtomobildə olanların bir ailənin üzvü olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.