İngiltərə təmsilçisi "Everton" Almaniyanın "Bavariya" klubunun müdafiəçisi Adam Aznunu transfer edib.
"Report" xəbər verir ki, bu barədə Premyer Liqa kollektivinin mətbuat xidməti məlumat yayıb.
19 yaşlı oyunçu ilə 4 illik müqavilə bağlanıb.
Qeyd edək ki, 2022-ci ildə "Bavariya"ya keçən mərakeşli futbolçu ötən mövsüm icarə əsasında "Real Valyadolid" (İspaniya) komandasının şərəfini qoruyub.