AZ

Əməkdar artist xəbərdarlıq etdi

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Əməkdar artist Abbas Bağırov son günlər "Telegram" platformasında aktivləşən kiberdələduzlarla bağlı izləyicilərinə xəbərdarlıq edib.

BAKU.WS xəbər verir ki, müğənni şəxsi sosial media hesabında +1 ölkə kodu ilə gələn mesajlara qarşı ehtiyatlı olmağı tövsiyə edib.

Onun sözlərinə görə, bu nömrələrdən gələn mesajlar əslində dələduzların hazırladığı tələlərdir.

"Dostlar, diqqətli olun! +1 ilə başlayan nömrələrdən gələn mesajlara cavab verməyin! Tanıdığınız birinin adından yazılsa belə, əvvəlcə nömrəni yoxlayın. Linklərə kor-koranə klik etməyin. Bu nömrələrlə fırıldaqçılar peyda olublar," – deyə Abbas Bağırov vurğulayıb.

Son dövrlərdə sosial media platformalarında artan dələduzluq halları fonunda sənətçinin bu xəbərdarlığı istifadəçilərin şəxsi məlumatlarını və hesablarını qorumaq baxımından mühüm əhəmiyyət daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
baku.ws

2Mənbələr