AZ

ABŞ və Çin razılaşdı, daha üç ay uzadıldı

ABŞ və Çin Stokholmda keçirilən danışıqlardan sonra tariflər üzrə “atəşkəsi” daha üç ay müddətinə uzadıblar.

Axar.az xəbər verir ki, bu barədə “Sveriges Radio” məlumat yayıb.

“ABŞ və Çin tarif güzəştlərinin qüvvədə qalmasını uzatmaq barədə razılığa gəliblər. Bu bəyanat ABŞ maliyyə naziri Skott Bessent və Çin Dövlət Şurasının sədr müavini Xe Lifenin rəhbərliyi məlumatda bildirilib.

Qeyd edək ki, ABŞ və Çin nümayəndələri arasında 10–11 may tarixlərində Cenevrədə keçirilən danışıqların nəticəsi olaraq, 12 maydan başlayaraq qarşılıqlı şəkildə 90 gün müddətinə gömrük rüsumlarının 115%-dən azaldılması barədə razılaşma əldə olunmuşdu (ABŞ-a idxal olunan Çin mallarına rüsumlar 30%-ə, Çinə ixrac olunan Amerika mallarına isə 10%-ə endirilmişdi). Həmin razılaşmanın müddəti 12 avqustda başa çatır. Stokholm danışıqları isə 28 və 29 iyul tarixlərində baş tutub.

Seçilən
4
3
axar.az

4Mənbələr