AZ

Litvada pilotsuz uçuş aparatlarına qarşı tədbirlər gündəmdədir

Belarus ərazisindən pilotsuz uçuş aparatının (PUA) Litvaya mümkün daxilolması ilə əlaqədar Litva Prezidenti Qitanas Nauseda hava məkanının təhlükəsizliyi məsələsini müzakirə etmək üçün təcili iclas keçirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Delfi məlumat yayıb.

“Necə ki, yaxın vaxtlarda sərhəd təhlükəsizliyi problemini həll edə bildik, eləcə də hava məkanının təhlükəsizliyi məsələsini uğurla həll edə bilərik. Buna görə də dərhal konkret və koordinasiyalı addımlar atmaq vacibdir”, – deyə prezidentin baş müşaviri Deyvidas Matulyonis bildirib.

Onun sözlərinə görə, indi müzakirə vaxtı deyil, hərəkət və konkret qərarların qəbul olunması vaxtıdır – Litvanın Silahlı Qüvvələri, Dövlət Sərhəd Mühafizəsi Xidməti və İctimai Təhlükəsizlik Xidməti sahəsində.

Ukraynada silahlı münaqişə davam etdikcə, gələcəkdə Litvada bu cür digər hadisələrin də qeydə alınması mümkündür. Ukrayna böhranı dərinləşdikcə, döyüş və ya təlim məqsədli PUA-ların Litva hava məkanına qəsdən və ya təsadüfi daxilolmalarının artacağı gözlənilir, – deyə Matulyonis əlavə edib.

Rəsminin sözlərinə görə, keçirilən iclasda Prezident Nauseda məsul qurum rəhbərləri ilə PUA-ların aşkar olunması, ictimaiyyətin məlumatlandırılması və təhlükənin zərərsizləşdirilməsi məsələlərini müzakirə edib.

Seçilən
7
nocomment.az

1Mənbələr