"Turan Tovuz" Türkiyə toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununda Türkiyənin 1-ci Liqa təmsilçisi "Keçiörengücü" ilə bərabərə qalıb.


Rekord.az xəbər verir ki, qarşılaşmada hesab açılmayıb – 0:0.


Azərbaycan Premyer Liqası təmsilçisi Türkiyədəki ilk sınaq matçında yerli "Çorum" klubu ilə heç-heçə (1:1) oynamışdı.