Leverkuzen “Bayer”i “Bamako”nun 17 yaşlı malili mərkəz hücumçusu Ndjikura Bomba ilə peşəkar müqavilə razılaşdırıb.
Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən məlumat verir.
Tərəflərin müqavilə müddəti haqda məlumat açıqlanmayıb.
Keçid “əczaçılar”la 1,50 milyon avro məbləğ müqabilində başa gəlib.
Ndjikura Bomba “Bamako”nun məzunudur. Futbolçunun klub karyerası haqda məlumat hələ açıqlanmayıb.
Bomba Malinin U-17 komandasına cəlb edilib, “qartallar” üçün 6 oyuna 3 qol və 2 məhusdar ötürmə ilə fərqlənib.
Bomba futbolda hələ heç bir qənimət qazanmayıb.
Əlavə edək ki, Bomba “Bayer”ə gələn ilin mart ayında, 18 yaşı tamam olduqdan sonra qoşulacaq. Belə ki, FIFA-nın qaydalarına görə, 18 yaşına çatmamış futbolçuların keçidi qadağandır, onlarla razılaşdırılmış peşər müqavilələr isə yetkinlik yaşına çatdıqdan sonra qüvvəyə minir. Bu səbəbdən “Transfermarkt” internet-portalı 17 yaşlı malili mərkəz hücumçusu Ndjikura Bombanın transfer dəyərini açıqlamayıb.