AZ

Tanınmış klubdan təklif alan oyunçu bu səbəbdən "Qarabağ"da qalmalı oldu

Abbas Hüseynovun "Qarabağ"dan ayrılması düyünə düşüb.

Səbəb nə Ağdam klubudur, nə də futbolçu.

Təcrübəli oyunçu Yunanıstan, Kipr və İrandan təklif alıb.

Ən real müştərilər isə Kiprin "Apollon" və "Apoel" klubları olub.

Müdafiəçi legioner həyatı yaşamaqda maraqlı olub.

Lakin edilən təklif məqbul hesab olunmayıb.

Ən yaxşı halda millimizin üzvünə "Qarabağ"da qazandığı əmək haqqı təqdim olunub.

Arxa xətt oyunçusunun tələbləri qarşılanmayınca ayrılıq reallaşmayıb.

Abbas 2017-ci ildən "köhlən atlar"ın formasını geyinir.

Arxada qalan müddətdə müddətdə meydana çıxdığı 173 matçda 6 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Azərbaycan millisinin üzvü "Qarabağ"a kimi həm də "Şamaxı"da ( köhnə adı ilə "İnter") çıxış edib.

SPORTİNFO.AZ

Seçilən
6
sportinfo.az

1Mənbələr