AZ

Tailand ordusu Kamboca ilə sərhəddə 18 hərbçini əsir aldı

Tailand ordusu sərhəddə baş vermiş döyüşlər zamanı Kamboca ordusunun 18 əsgərini əsir alıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Tailand quru qoşunları komandanlığının rəsmi nümayəndəsi general-mayor Vintxay Suvari brifinq zamanı məlumat verib. 

“Quru qoşunlarının İkinci Hərbi Dairəsi Sisaket vilayətində sərhəd bölgəsində baş verən silahlı qarşıdurmadan sonra Kamboca ordusunun 18 hərbi qulluqçusunun əsir alındığını bildirib,” – deyə general qeyd edib.

O əlavə edib ki, əsirlərin əksəriyyəti döyüşmədən təslim olub və hazırda onlar Cenevrə Konvensiyasına uyğun şəkildə saxlanılırlar.

Seçilən
16
nocomment.az

1Mənbələr