AZ

Atanın dəhşətli qətli: İrsi mübahisə ailəni qan gölünə çevirdi

Atanın

Türkiyənin Adana şəhərində ailədaxili miras mübahisəsi qanlı faciə ilə nəticələnib. "Habertürk"ün məlumatına görə, 69 yaşlı ata iki oğluyla mübahisə zamanı ov tüfəngini işə salıb.Ailə üzvləri arasında miras üstündə başlayan sözlü dava qısa zamanda fiziki qarşıdurmaya, daha sonra isə əsl döyüşə çevrilib – tərəflər bir-birinə çomaq və oraqla hücum ediblər. Yaşlı kişi evə daxil olaraq tüfəngi götürüb və hər iki oğlunun qarın nahiyəsinə atəş açıb.Yaralılar qonşular tərəfindən avtomobillə xəstəxanaya çatdırılıb. Onlardan biri yolda keçinib, digəri isə ağır vəziyyətdə əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.Polis hadisəni törədən atanı evinin yaxınlığında saxlayaraq həbs edib. Onların yanında döyüşən üçüncü oğul isə hazırda axtarışdadır.Ulusum.az

Diqqət Çəkənlər

"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir

Tramp: “İranın nüvə obyektlərini saniyələr içində yenidən məhv edərik!”

Temu Aİ-nin hədəfində – İstehlakçılar təhlükə altındadır

Seçilən
5
ulusum.az

1Mənbələr