AZ

Dövlət Duması: Aİ-nin yardımı dayandırması Zelenskiyə təzyiq vasitəsidir

Avropa İttifaqının Ukraynaya yardımı dayandırmaq qərarı, Ukrayna üzərində tam nəzarəti bərpa etmək cəhdidir.

NOCOMMENT.az xəbər verir ki, bu fikri “Qazeta.Ru” ilə söhbətində Rusiya Dövlət Dumasının Beynəlxalq işlər komitəsinin sədr müavini Dmitri Novikov bildirib.

“Avropa İttifaqı maliyyə yardımını Ukrayna Prezidenti Vladimir Zelenskiyə təsir göstərmək üçün vasitə kimi istifadə edir. Aİ Ukraynadakı daxili siyasi vəziyyət üzərində müəyyən nəzarət sistemi qurub və Ukrayna lideri itaətsizlik göstərdikdə, müxtəlif təzyiq üsullarından istifadə olunur”, – deyə deputat qeyd edib.

Novikovun fikrincə, hələlik bu, Ukrayna prezidentini qorxutmaq məqsədi daşıyır.

“Qərb Ukrayna prezidentinə xatırlatmaq istəyir ki, o, vəziyyətin sahibi deyil, müəyyən iradənin icraçısıdır. Bu məqsədlə əvvəlcə simvolik addımlar atılır və bunun ardınca Zelenskinin postdan uzaqlaşdırılması kimi daha aktiv tədbirlər də istisna olunmur”, – deyə Novikov əlavə edib.

Seçilən
23
nocomment.az

1Mənbələr