AZ

Rusiya Azərbaycandan gətirilən bu məhsulları məhdudlaşdırmaq niyyətindədir

SİBUR şirkəti və onun struktur bölmələri olan "Kazanorqsintez" və "Nijnekamskneftexim" Azərbaycan və Türkmənistandan polietilen və polipropilen məhsulları idxal edən istehsalçılara qarşı antidempinq araşdırmasına başlayıb.

Azreform.info xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb.

Avrasiya İqtisadi Komissiyasının təqdim etdiyi sənədlərə əsasən, 2024-cü ildə xarici tədarükçülərin məhsulları Rusiya daxili bazarında maya dəyərindən aşağı qiymətə satılıb.

Araşdırma nəticələrinə görə, Azərbaycandan idxal olunan:

- polietilen üzrə dempinq marjası 19,9%,

- polipropilen üzrə isə 33,85% təşkil edib.

Türkmənistandan idxal edilən polipropilen və onun sopolimerləri üzrə dempinq marjası 13,55% olub.

Qeyd edilir ki, bu cür tədarüklər Rusiyanın neft-kimya sənayesinə maddi zərər vurma riski daşıyır.

Araşdırmanın yekununda əlavə rüsumların və kvotaların tətbiqi, hətta idxala tam qadağa qoyulması barədə qərarın verilməsi istisna edilmir.(oxu.az)

Seçilən
18
5
azreform.info

6Mənbələr