"Qalatasaray"ın transfer bombası reallaşır.
Fanat.Az xəbər verir ki, nigeriyalı ulduz Viktor Osimhen çərşənbə günü İstanbula gələcək.
Bu barədə məlumatı "Aspor" yayıb.
Neapol klubu ilə son texniki detalların da tamamlandığı və heç bir əngəl qalmadığı bildirilir. Galatasaray rəhbərliyi artıq Osimhenin gəlişi üçün bütün hazırlıqları tamamlayıb.
25 yaşlı hücumçu sabah İstanbulda olacaq və tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacağı gözlənilir.
Qeyd edək ki, bu transfer “sarı-qırmızılılar”ın tarixində ən səs-küylü keçidlərdən biri kimi qiymətləndirilir.
Kamil Xudiyev