AZ

Hərbi helikopter çaya düşdü

Almaniyanın şərqindəki Saksoniya əyalətində hərbi helikopter qəzaya uğrayıb.

Paralel.az  xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Bildirilib ki, təlim uçuşu həyata keçirən helikopter qalıqları Mulde çayındadır. Onu avarçəkənlər aşkar ediblər.

Hadisə yerinə yanğınsöndürənlər, polis və dalğıclar göndərilib.

İlkin məlumata görə, qəza Drezden və Leypsiqi birləşdirən A14 avtomobil yolunun yaxınlığında baş verib.

Seçilən
99
3
paralel.az

10Mənbələr