AZ

Ağciyərləri sürətlə qocaldır: Artan meşə yanğınları ilə bağlı xəbərdarlıq

Dünyanın bir çox bölgəsində baş verən meşə yanğınlarından sonra yayılan tüstü, kül və zəhərli qazlar sağlamlıq üçün də təhlükə yaradır. 

HİT.az cəbər verir ki, mütəxəssislər bununla bağlı xəbərdarlıq edir: "Uzun müddətli yanğın tüstüsünə məruz qalmaq ağciyər yaşlanmasını sürətləndirir"

Türkiyəli professor Qazi Qulbaş bildirib ki, yanğın tüstüsündəki nəfəs yolu ilə ağciyərlərə çatan incə partikullar ağciyər qocalmasını sürətləndirir. Bu maddələr (karbon monoksid, formaldehit, benzen və s.) qan dövranına qarışaraq təhlükəli sistemik zəhərlənməyə səbəb ola bilər. Avstraliyada 45 gün davam edən kömür mədəni yanğını zamanı tüstüdən təsirlənən şəxslərdə ağciyər yaşlanmasının orta hesabla 4.7 il sürətləndiyi müəyyən edilib.

Xəstəliklərə təsiri:

* KOAH və astma xəstələrində yanğın tüstüsü xəstəliyin sürətlə irəliləməsinə səbəb olur
* Nəfəs darlığı, xırıltı, karbon qarışığı balğam yaradır
* Ağciyər toxumunda sərtləşmə, tənəffüs çatışmazlığına səbəb olur

Müalicə protokolu:

* Zəhərli mühitdən dərhal çıxarılma
* Yüksək axımlı oksigen müalicəsi
* Nəfəs açıcı və balğam sovdurucu dərmanlar

Maye müalicəsi:

* Ağır hallarda tənəffüs aparatı dəstəyi
* Karbon monoksid/sianid antidotu tətbiqi

Qorunma tövsiyələri:

* Tüstülü ərazilərdən uzaq durun
* Yüksək risk qrupundakılar (xroniki xəstələr, yaşlılar) xüsusi diqqət etsin
* Erkən tibbi müdaxilə və nəzarət həyati əhəmiyyət daşıyır

Elmi məlumat:

Yanğın tüstüsündəki zəhərli maddələr ağciyər epitel hüceyrələrini məhv edərək erken qocalma və fibroza səbəb olur. Bunun geridönməz təsirləri xüsusilə uşaqlarda daha ağır olur.

Samir

Seçilən
18
hit.az

1Mənbələr