ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çin Xalq Azadlıq Ordusunun yaranmasının 98-ci ildönümü və Çinin Yaponiya işğalından azad edilməsinin 80 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib.
525.az xəbər verir ki, tədbirdə çıxış edən Çinin Azərbaycandakı səfiri Lu Mey bildirib ki, Çin və Azərbaycan yaxşı dost və etibarlı tərəfdaşdır. İki ölkə arasında diplomatik münasibətlərin qurulduğu 33 il ərzində əlaqələrimiz sağlam və sabit inkişaf edib, müxtəlif sahələrdə səmərəli əməkdaşlıq dövlətlərimizin inkişaf və dirçəlişinə güclü təkan verib, xalqlarımıza real faydalar gətirib.
“Bu ilin aprel ayında Prezident İlham Əliyevin Çinə üçüncü dövlət səfəri zamanı Prezident Si Cinpin və Azərbaycan lideri iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin yaradılması barədə Birgə Bəyanat imzalayıblar. Bu, Çin-Azərbaycan əlaqələrində yeni tarixi mərhələ açıb. Çin dövlət başçılarımızın əldə etdiyi mühüm razılaşmaların həyata keçirilməsi və xalqlarımızın rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün Azərbaycanla birgə işləməyə hazırdır”, - səfir vurğulayıb.
Çinin Azərbaycandakı hərbi attaşesi, polkovnik Sun Çjun isə iki ölkə arasında hərbi əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyini söyləyib. Əlavə edib ki, diplomatik münasibətlər qurulandan bu yana iki ölkənin arasında hərbi əlaqələri ardıcıl olaraq inkişaf edib.
Sun Çjun deyib ki, qeyd edib ki, Çin Xalq Respublikasının sədri Si Cinpinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında əldə olunmuş mühüm konsensus müdafiə sektorunda əməkdaşlığın inkişafına əlavə təkan verəcək.
Pərvanə Sultanova
.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.