Türkiyənin turizm bölgələrində son üç həftə ərzində buzdan zəhərlənmələrin sayı artıb.
Teleqraf xəbər verir ki, mütəxəssislər yay aylarında hazır buz istifadəsinin ciddi problemlərə yol açdığı barədə xəbərdarlıq edib.
Bir çox müəssisə zirzəmilərdə ucuz yeraltı sulardan və ya tankerlər tərəfindən gətirilən sudan buz hazırlayır və içkilərdə istifadə edir.
Mütəxəssislər isə qeyd edirlər ki, mikroorqanizmlər dondurma zamanı ölmür, buz içkinin tərkibində əridikcə mikroblar ciddi zəhərlənməyə səbəb ola bilir. Buz zəhərlənməsi qarın ağrısı, ishal və ürəkbulanma kimi simptomlarla özünü göstərir.