AZ

Moskvada miqrantlara abidə ucaldılması TƏKLİF EDİLDİ

Moskvanın mərkəzində miqrantın abidəsinin ucaldılması təklif edilir.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Moskvanın mərkəzindəki bədnam “Böyük gil №4” abidəsinin yerində əməkçi miqrantın abidəsinin ucaldılması təklif olunub.

Əməkçi miqrantların həmkarlar ittifaqının rəhbəri Renat Kərimovun sözlərinə görə, belə bir abidə Rusiyanın dost ölkələrlə əlaqələrini gücləndirəcək və çoxmillətliliyini vurğulayacaq.

Bu heykəldə müxtəlif mədəniyyətlərdən olan miqrantların təsvirləri ola bilər və bu, bütün insanların bərabər olduğunu daha da ifadə edərdi, deyə sədr izah etdi.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
7
interpress.az

1Mənbələr