“ChatGPT”, artıq insan olub-olmadığını yoxlayan verifikasiya sistemini (Cloudflare) aldatmağı bacarır.
Bizim.Media xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
Bu, ChatGPT-yə şəxsi köməkçi funksiyalarının əlavə olunmasından sonra mümkün olub. Yeni imkanlar ona internetdə naviqasiya etmək və istifadəçi adından müxtəlif tapşırıqları yerinə yetirmək imkanı verir.
İstifadəçilər təsdiqləyirlər ki, ChatGPT necə davranmalı olduğunu bilir. Belə ki, “Cloudflare yoxlamasını başa çatdırmaq üçün “Mən insanam” bölməsini işarələyib.
Bu addım, bot olmadığını sübut etmək və əməliyyatı davam etdirmək üçün vacibdir.
Qeyd edək ki, “Cloudflare” saytların avtomatlaşdırılmış trafiki bloklamaq üçün istifadə etdiyi ən geniş yayılmış təhlükəsizlik vasitələrindən biridir. Verifikasiya üçün tez-tez sadəcə “Mən robot deyiləm” işarə qutusu istifadə olunur.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta