AZ

Keti Ledekidən tarixi nəticə - 22-ci qızıl

İkiqat Olimpiya Keti Ledeki su növləri üzrə dünya çempionatlarının ən titullu qadın üzgüçüsü olub.

İdman.biz xəbər verir ki, amerikalı idmançı Sinqapurda keçirilən yarışda 1500 m məsafəyə sərbəst üsulla üzmədə qızıl medal qazanıb.

Bununla da, o, dünya çempionatlarında 22-ci qızıl medala yiyələnib. Ledeki bu medallardan 16-nı şəxsi, 6-nı isə estafet yarışlarında əldə edib. Keti bununla da, rusiyalı sinxronçu Svetlana Romaşinanın (21 qızıl) rekordunu arxada qoyub.

Qeyd edək ki, dünya çempionatlarında ən çox qızılı Maykl Felps qazanıb. Onun hesabında 26 qızıl var.

İdman.biz

Seçilən
5
1
idman.biz

2Mənbələr