AZ

Nəbatat bağında azyaşlını ilan sancıb?VİDEO

Nəbatat bağında azyaşlını ilan sancdığı iddia olunur.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gün paytaxta baş verib.

Ötən gün ilan sancması səbəbi ilə azyaşlı uşaq  Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən "Xəzər Xəbər"ə bildirilib ki, Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunan, dərhal zəruri tibbi xidmətlər göstərilən azyaşlıya ilan zəhəri əleyhinə zərdab tətbiq olunub. Hazırda azyaşlının müalicəsi toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir deyə qurumdan bildirilib.

Məsələ ilə bağlı Mərkəzi Nəbatat bağının mətbuat xidmətindən isə “Xəzər Xəbər”ə bildirilib ki, bağın ərazisinə təcili tibbi yardım avtomobili daxil olmayıb. “Yayılan xəbər tərəfimizdən araşdırılır”,-deyə məlumatda bildirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


 

 

Seçilən
6
1
xezerxeber.az

2Mənbələr