AZ

Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransında çıxış edib

Azvision saytına istinadən ain.az xəbər verir.

AzVision.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə istinadən xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin sədri deyib ki, bu gün qlobal problemlərin sayı, mürəkkəbliyi daha da artıb və onlar təxirəsalınmaz və qətiyyətli tədbirlər görülməsini tələb edirlər. Bu narahatedici reallığın kökündə çoxtərəfliliyin əsasını təşkil edən səmərəli beynəlxalq əməkdaşlığın və həmrəyliyin aşınması dayanır. Parlament diplomatiyasının artan əhəmiyyətindən danışan spiker Sahibə Qafarova qeyd edib ki, parlamentlərimizin çoxtərəfliliyə və əməkdaşlığa sadiq olduğunu görmək məmnunluq doğurur. Parlamentlərarası İttifaqın işində, o cümlədən bu Konfransda fəal iştirak ortaq baxışı və qətiyyəti əks etdirir. Milli Məclisin sədri Parlamentlərarası İttifaqın BMT ilə sıx əməkdaşlığını və parlamentlərin səsinin qlobal müzakirələrdə eşidilməsi üçün göstərilən səyləri yüksək qiymətləndirib. Spiker Sahibə Qafarova bildirib ki, mədəniyyətlər arasında dialoqun təşviq olunması ümumi məqsədlərimizin həyata keçirilməsində güclü rol oynayır. Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə başlanan “Bakı Prosesi”nin bir parçası olan “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” BMT tərəfindən mədəniyyətlərarası dialoqun əsas qlobal platformalarından biri kimi tanınıb. Spiker Sahibə Qafarova qeyd edib ki, ötən il may ayında keçirilən bu Forumun VI sessiyası çərçivəsində Azərbaycan parlamenti tərəfindən Parlamentlərarası Konfrans təşkil edilmişdir ki, bu da qeyd olunan sahədə aparılan müzakirələrdə parlament perspektivini təmin edib. Bunu nəzərə alaraq, Milli Məclisin sədri mədəniyyətlərarası dialoq mövzusunu Parlamentlərarası İttifaqın gələcək gündəliyinə və fəaliyyətinə daxil etməyi təklif edib. AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
36
azvision.az

10Mənbələr