BAKI. 29 iyul. TELEQRAF
Azərbaycan atıcısı Xanna Əliyeva Fransanın Şatoru şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Federasiyanın mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, Əliyeva standart tapança ilə 25 metr məsafəyə atəş açma yarışında 560 xal və 12 daxili onluq (x) nəticə göstərib.
Yarışın ilk iki pilləsində Macarıstan təmsilçiləri qərarlaşıblar.