AZ

Yevlaxda yol qəzasında xəsarət alanların vəziyyəti açıqlandı 5 nəfər xəsarət aldı

Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 8 nəfər (6 qadın cinsli, 2 kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bakues.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Məlumata görə mküxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil olan 7 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Kəllə sümüklərinin, sağ gicgah təpə nahiyəsinin sınığı diaqnozu təyin edilən pasiyentin müalicəsi isə müvafiq şöbədə davam etdirilir.

Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Seçilən
23
6
icma.az

7Mənbələr