AZ

Rusiyalı jurnalist canlı efirdə Azərbaycan haqqında bunları dedi

“Çarqrad” (XIX əsrdə ruslar İstanbulu belə adlandırırdılar) telekanalının aparıcısı Yuri Pronko canlı efirdə deyib ki, Bakı rus insanı üçün çox rahat şəhərdir.

Onun sözlərinə görə, o, dəfələrlə Azərbaycanın paytaxtında olub və bu şəhəri sevir: “Rus adamının nöqteyi-nəzərindən orda çox rahatdır, hamı həqiqətən rusca danışır. Bilməyənlər isə danışanları tapmağa çalışırlar”, – deyə o paylaşıb.

Aparıcı diqqəti Bakıda kinoteatrlarda filmlərin hansı dillərdə nümayiş etdirildiyinə yönəldib. “Bakıda kinoteatrlara gələndə siz qrafikdə hansı dillərdə filmlərin nümayiş olunduğunu görürsünüz. Bunlar Azərbaycan, türk, ingilis və rus dilləridir. Deməli, Bakıda filmlərin mütləq əksəriyyəti – mən bunu öz gözlərimlə görmüşəm və Telegram kanalımda dərc etmişəm – rus dilində nümayiş olunur”, – Yuri Pronko bildirib.
O, həmçinin bildirib ki, ev kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevin atası Heydər Əliyevə həsr olunmuş üçcildlik əsər var: “Və bilirsinizmi, mənə elə gəlir ki, bu ailə bu vahid məkana çox dərindən inteqrasiya edib.

Axı Heydər Əliyev buraya, Siyasi Büroya gətiriləndə bir çox məsələlərlə məşğul olub. Mənə elə gəlir ki, bu əlaqə son illər, onilliklər ərzində qorunub saxlanılıb”, – jurnalist qeyd edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
11
editor.az

1Mənbələr