AZ

Sumqayıtda qardaşlar arasında mübahisə qanla bitib

Sumqayıt şəhərinin Corat qəsəbəsində ailədaxili münaqişə zamanı iki qardaş bir-birinə ağır xəsarətlər yetirib.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə 1982-ci il təvəllüdlü Əsgərov Nəcəf Raqib oğlu ilə qardaşı, 1985-ci il təvəllüdlü Əsgərov Mehti Raqib oğlu arasında baş verib.

İlkin məlumata görə, mübahisə zamanı Nəcəf Əsgərov qardaşına dəmir parçası ilə baş nahiyəsindən zərbə endirib. Mehti Əsgərov isə cavab olaraq əlində olan bıçaqla Nəcəf Əsgərovu yaralayıb.

Hər iki şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Seçilən
4
22
report.az

10Mənbələr