İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Əbdülrəhim Musəvi deyib ki, İran İsrail və ya ABŞ-ın mümkün hücumunu dəf etməyə hazırdır.
Editor.az xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyinin “Defa Press” portalı məlumat verib: “Biz ABŞ və sionist rejimin (İsrail nəzərdə tutulur) sözlərinə və vədlərinə etibar etmirik, biz gələcəkdə də onların hücumunu dəf etməyə tam hazırıq”, – Musəvi bildirib. O əlavə edib ki, ABŞ və İsrail İranla münaqişə zamanı beynəlxalq hüquq normalarına riayət etmək niyyətində olmadıqlarını nümayiş etdiriblər.
Bundan əvvəl Vaşinqton İranın nüvə proqramını inkişaf etdirməyə davam edəcəyi təqdirdə, ona təkrar zərbə endirəcəyini istisna etməyib.
//Samir Qurbanov, Editor.az