AZ

Atıcımız Avropa çempionatında üçüncü olub - FOTO

Fransanın Şatoru şəhərində keçirilən Avropa Atıcılıq Çempionatında Azərbaycan millisinin üzvü Xanna Əliyeva uğurlu çıxışla yadda qalıb.

İdman.biz xəbər verir ki, atıcımız standart tapança ilə 25 metr məsafəyə atəşaçmada bürünc medal qazanıb.

Əliyeva 560 xal və 12 daxili onluq (x) nəticə göstərərək turniri 3-cü pillədə başa vurub. Bu nəticə ona fəxri kürsüdə yer almaq imkanı verib.

Qeyd edək ki, yarışda ilk iki pillədə Macarıstan təmsilçiləri qərarlaşıblar.

İdman.biz

Seçilən
6
idman.biz

1Mənbələr