AZ

Paşinyan ya Türkiyəyə üz tutmalı, ya da... Balasanyandan KTMT AÇIQLAMASI

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Ermənistan nə Avrasiya İqtisadi İttifaqını (Aİİ), nə də KTMT-ni tərk edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq və beynəlxalq məsələlər üzrə mütəxəssis Qriqor Balasanyandeyib.

“Avropa İttifaqında Ermənistan üçün “Giriş qadağandır” işarəsi var. Üstəlik, Paşinyanın Aİİ-dən çıxmaq niyyətində olmadığını bəyan etməsi, Ermənistanın KTMT-dən də qopmayacağını deməyə əsas verir. Ermənistan hakimiyyəti xarici siyasət vektorunu Qərbə yönəltməyə çalışsa da, Avropa və ABŞ-ın çoxlu həll olunmamış problemləri var. Həmçinin Ermənistan Qərbdə xoş qarşılanmır.Odur ki, Paşinyan ya Türkiyəyə üz tuta, ya da öz yerində otura bilər”, – Balasanyan vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
globalinfo.az

2Mənbələr