AZ

1977 ci ildə Tokio xəstəxanasında baş verən və hələ də alimləri heyrətə salan hadisə

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

1977-ci ildə Tokionun tanınmış xəstəxanalarından birində elə bir hadisə baş verdi ki, o gündən bu günə qədər həm alimləri, həm də paranormal hadisələrlə maraqlananları düşündürməkdədir. Tokio Universitetində çalışan 28 yaşlı gənc astronom Çuruhiko Kiuti təcili aparılan peritonit əməliyyatı zamanı kliniki ölüm yaşadı. Amma onun həyata qayıtdıqdan sonra danışdığı şeylər insan şüurunun təbiəti barədə düşüncələri tamamilə dəyişdirdi.

Qaynarinfo alimləri heyrətə salan hadisəni təqdim edir.

1977-ci il oktyabrın 29-da Kiutinin vəziyyəti qəfildən ağırlaşdı. Onu universitet xəstəxanasına çatdırdılar və orada həkimlər kəskin peritonit diaqnozu ilə təcili əməliyyata başladılar. Lakin məlum oldu ki, o, nadir rast gəlinən bir xəstəlikdən – yuxarı bağırsaq arteriyası sindromu nəticəsində onikibarmaq bağırsağın keçməməzliyindən əziyyət çəkir. Həkimlərin sözlərinə görə, o dövrədək dünyada bu diaqnozla cəmi yüzə yaxın hadisə qeydə alınmışdı və heç bir xəstə sağ qurtulmamışdı. Həkim ailəyə acı xəbər verdi: "Düşünürəm ki, çox az vaxtı qalıb...”

Bir neçə saat sonra Kiutinin ürəyi dayandı. Tibbi heyət onu reanimasiya etmək üçün əlindən gələni etsə də, nəticə vermədi. Ailəsi isə gözləri önündə baş verən dəhşətə çaşqınlıqla şahidlik edirdi. Kiuti düz 40 dəqiqə kliniki ölüm vəziyyətində qaldı. Beyin fəaliyyətini göstərən elektroensefaloqram tamamilə düz xət göstərirdi – beyin fəaliyyəti sıfır idi.

Ancaq sonra inanılmaz bir şey baş verdi: ölüm qeydə alındıqdan düz 30 dəqiqə sonra Kiutinin ürəyi yenidən döyünməyə başladı. "Biz ümidimizi itirmişdik, – deyə həkimi sonralar xatırlayırdı. – Bütün tibbi göstəricilərə görə bu, ölümdü. Amma qəfil olaraq ürək fəaliyyəti bərpa olundu. Mənim praktikamda belə hal olmamışdı”.

Ayıldıqdan sonra Kiuti inanılmaz şeylər danışmağa başladı. O, ürəyi dayandıqdan sonra əməliyyat otağında cərrahların nə etdiklərini bütün detalları ilə təsvir etdi – halbuki həmin vaxt o, şüursuz idi. Hətta əməliyyat otağının dəhlizində tibb bacılarının danışdıqlarını və valideynlərinin qəbul otağında keçirdiyi duyğuları dəqiq ifadə etdi: "Anam göz yaşları içində hönkürür, atam isə səssizcə divara baxır”.

Amma ən təəccüblüsü bundan sonra başladı. Sonrakı aylar ərzində Kiuti kliniki ölüm zamanı yaşadıqlarını dəqiqliklə yazıya aldı. Onun qeydlərinə görə, bu zaman o, bir neçə fövqəladə şüur halı yaşamışdı. Əvvəlcə məkan anlayışının tamamilə yox olduğunu dərk etmişdi. "Hansısa bir yeri düşünürdüm – dərhal həmin yerdə olurdum, – yazırdı o. – Bacımı avtomobil idarə edərkən gördüm, halbuki o, şəhərin digər başında idi. Onun fikirlərini və rəfiqəsi ilə danışığını eşidirdim”.

Daha da heyrətləndirici isə onun zamanla bağlı yaşadığı təcrübələr idi. Kiuti iddia edirdi ki, öz uşaqlıq dövrünə geri qayıtmış və az qala bacısıyla birlikdə həyatını itirəcəkləri bir hadisəyə şahid olmuşdu.

Altı yaşında ikən böyük bacıları və qardaşı ilə birlikdə çaya getmişdi. Uşaqlar suya doğru daşlı bir cığırla enirdilər ki, qəfildən kimsə qışqırdı: "Ehtiyatlı olun!”. Kiuti dönüb baxanda dəhşətə gəldi – bacısının üstünə dağdan böyük bir daş yuvarlanırdı. O, tərəddüd etmədən bacısını kənara itələdi və özü yerə yıxıldı. Daş onların yanından bir neçə santimetr məsafədə keçdi.

Bu hadisə Kiutinin yaddaşında silinməz iz buraxmışdı. Qışqırıq səsi isə daim müəmmalı qalmışdı – çünki həmin gün heç kim "ehtiyatlı olun” deməmişdi.

Cavab onillər sonra, məhz həmin 40 dəqiqəlik kliniki ölüm anlarında gəldi. Ayıldıqdan sonra Kiuti başa düşdü: o səda ona məxsus idi – daha dəqiq desək, gələcəkdəki "o” sanki zamanla geri qayıdaraq o anı dəyişmişdi. Beləliklə, zamanın qapanmış dövrəsi yaranmışdı.

"Mən həmişə hiss edirdim ki, o gün nə isə izaholunmaz bir şey baş vermişdi, – deyə o, sonralar yazırdı. – Amma həmin səsi gələcəkdəki özümün səsləndirdiyini anlamaq... bu, zaman haqqında düşüncələrimi tamamilə dəyişdi”.

Amma ən inanılmaz olanı XV əsrə "səyahət” idi. Kiuti deyirdi ki, kliniki ölüm zamanı 1478-ci ilə qayıtmış və qədim bir məbədin sütununa öz adını həkk etmişdi. Yapon üslubunda "burada olmuşam” mənasında. Sağaldıqdan sonra həmin məbədə getdi və doğrudan da, yarım silinmiş bir yazını tapdı. Məbədin salnamələrinə görə, bu yazı təqribən beş əsr əvvəl, necə və kim tərəfindən yazıldığı bilinmədən peyda olmuşdu.

Bu qeydlər elmi dairələrdə ciddi maraq və mübahisələr doğurdu. Bəziləri bunları halüsinasiyalar sayırdı, digərləri isə paralel ölçülərin mövcudluğunun sübutu kimi qiymətləndirirdi. Kiuti özü isə astronom olduğu üçün bu təcrübələrə elmi yanaşmağa çalışmışdı: "Əgər mənim yaşadıqlarım həqiqətdirsə, deməli, bizim məkan və zaman anlayışımız kökündən yanlışdır, – yazırdı o. – Biz reallığı sabit və təxmin ediləbilən bir şey kimi qəbul edirik. Amma əslində o, çox daha elastik və dəyişkəndir”.

Xüsusi maraq doğuran məqam isə onun gələcəklə bağlı dediyi fikirlərdir. 1980-ci illərdə Kiuti bir neçə məqalə dərc etdirdi. Bu məqalələrdə o, 2024–2027-ci illər arasında insanlığın qədim və yüksək inkişaf etmiş sivilizasiyanın izlərini tapacağını iddia edirdi. O, həmçinin Cənubi Amerikada nəhəng insan skeletlərinin aşkarlanacağını və Yaponiyanın sahilləri yaxınlığında sualtı piramidaların üzə çıxarılacağını proqnozlaşdırmışdı.

Skeptiklər Kiutinin "proqnozlarının” çox ümumi xarakter daşıdığını və müxtəlif cür yozula biləcəyini deyirlər. Lakin bir fakt mübahisəsizdir – Tokio Universitetinin həkimləri tərəfindən qeydə alınmış bu kliniki ölüm hadisəsi elmi baxımdan bu günə qədər aydın izahını tapmayıb.

Çuruhiko Kiuti 2002-ci ildə dünyasını dəyişdi. O, özündən sonraya cavabsız qalan suallarla dolu böyük bir miras qoydu. Onun hekayəsi bu gün də insan təsəvvürünü sarsıtmağa davam edir və insan şüurunun mahiyyəti, zaman və məkanın quruluşu barədə ciddi elmi mübahisələrə səbəb olur...

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
qaynarinfo.az

1Mənbələr