AZ

İki güləşçimiz dünya çempionatının finalına yüksəldi

Azərbaycanın iki yunan-Roma güləşçisi Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatında finala vəsiqə qazanıb.

Güləş Federasiyasından Publika.az-a erilən məlumata görə, Hikmət Haqverdiyev (51 kiloqram) və Əli Nəzərov (60 kiloqram) qızıl medal uğrunda mübarizə aparacaqlar. Onların rəqibləri, müvafiq olaraq, Otabek Tursunov (Özbəkistan) və Amangəldi Ysakbayev (Qırğızıstan) olacaqlar.

Yarımfinalda uduzan Abdurrahman Hüseynli (45 kiloqram) və Yusif Əhmədli (71 kiloqram) bürünc medal görüşünə çıxacaqlar.

Səid Paşayev isə (92 kiloqram) təsəlliverici qarşılaşmada qüvvəsini sınayacaq.

Seçilən
40
16
publika.az

10Mənbələr