AZ

Rus agentləri Zəngəzur dəhlizinə qarşı Erməni deputatdan maraqlı paylaşım

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Rusiya agentləri Ermənistan ərazisindən Rusiyaya dəhliz vermək istəyirlər, indiki Ermənistan hakimiyyəti isə dörd prinsip çərçivəsində bütün kommunikasiyaları açmaq istəyir, bizim fərqimiz budur”.

“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki müqavilə” partiyasından olan deputatı Arsen Torosyan öz “Facebook” səhifəsində yazıb.

Deputat qeyd edib ki, erməni siyasətindəki ruspərəstlər Zəngəzur dəhlizinin yalnız Rusiyanın nəzarətində açılmalı olduğunu bildirirlər: “Erməni siyasi ictimaiyyətinin əhəmiyyətli bir hissəsi 9 noyabr bəyanatına istinad edərək, artıq bir neçə ildir ki, “Rusiya dəhlizi”nin təmin edilməsinin qaçılmaz olduğunu deyirlər və bildirirlər ki, biz bunu nə qədər tez etsək, bir o qədər yaxşıdır. Son dörd il sübut etdi ki, bizim bəyan etdiyimiz prinsiplərdən – ərazi bütövlüyü, suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərindən heç bir kənarlaşma olmayacaq. Və bu prinsipləri potensial olaraq kimin “pozmasının” heç bir fərqi yoxdur. İndi bütün rus agentləri “Amerika dəhlizi”nə qarşı mübarizə aparmağa tələsirlər…”

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
azpolitika.info

1Mənbələr