AZ

Bakı və Tehran hansı məsələlər müzakirə etdi?

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.

Bakupost.az İSNA-ya istinadla xəbər verir ki, görüş zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub.

Tərəflər ticarət, investisiya, nəqliyyat, enerji və infrastruktur layihələri sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Əvvəlki razılaşmaların icrasının sürətləndirilməsi və mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunmasının əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı sərhəd əməkdaşlığının gücləndirilməsi, azad zonaların fəaliyyətinin asanlaşdırılması, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat dəhlizləri, logistika mərkəzləri və sərhəd-keçid məntəqələri kimi birgə infrastruktur layihələrinin icrası ilə bağlı məsələlər də müzakirə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
2
www.bakupost.az

3Mənbələr