AZ

Əməkdar artist xəbərdarlıq etdi

Əməkdar artist Abbas Bağırov son günlər "Telegram" platformasında aktivləşən kiberdələduzlarla bağlı izləyicilərinə xəbərdarlıq edib.

Far.Az xəbər verir ki, müğənni şəxsi sosial media hesabında +1 ölkə kodu ilə gələn mesajlara qarşı ehtiyatlı olmağı tövsiyə edib.

Onun sözlərinə görə, bu nömrələrdən gələn mesajlar əslində dələduzların hazırladığı tələlərdir.

"Dostlar, diqqətli olun! +1 ilə başlayan nömrələrdən gələn mesajlara cavab verməyin! Tanıdığınız birinin adından yazılsa belə, əvvəlcə nömrəni yoxlayın. Linklərə kor-koranə klik etməyin. Bu nömrələrlə fırıldaqçılar peyda olublar," – deyə Abbas Bağırov vurğulayıb.

Son dövrlərdə sosial media platformalarında artan dələduzluq halları fonunda sənətçinin bu xəbərdarlığı istifadəçilərin şəxsi məlumatlarını və hesablarını qorumaq baxımından mühüm əhəmiyyət daşıyır.

Seçilən
4
1
far.az

2Mənbələr