AZ

Qəzzada humanitar fəlakətə kim cavabdehdir?

BAKI, TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Ankara şəhərində keçirilən görüşlər zamanı iki ölkə arasında 20 mühüm sənəd imzalanıb.

TurkicWorld xəbər verir ki, sənədlər, tərəflər arasında enerji, nəqliyyat, maliyyə, media, səhiyyə, təhsil, süni intellekt və kosmos sahələrində əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur.

Prezidentlər Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci Toplantısına sədrlik ediblər və toplantının yekununda Birgə Bəyanat və Toplantı Qərarı imzalayıblar.

Görüş çərçivəsində, Türkiyə Neft Şirkəti (TPAO) ilə Qazaxıstanın KazMunayQaz şirkəti arasında enerji sahəsində əməkdaşlıq razılaşması, eləcə də Orta Dəhliz dəmir yolu marşrutu üzrə yük daşımalarının təşkili ilə bağlı sənəd təsdiqlənib.

Media sahəsində isə Anadolu Agentliyi (AA) ilə Qazaxıstanın Prezident administrasiyasına bağlı televiziya və radio qurumu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Maliyyə sektorunda Türkiyə Bank Tənzimləmə və Nəzarət Qurumu ilə Qazaxıstanın Maliyyə Bazarlarının Tənzimlənməsi və İnkişafı Agentliyi arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Bununla yanaşı, iki ölkənin nəqliyyat nazirləri beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlığı nəzərdə tutan razılaşma sənədini imzalayıblar.

Sənədlərin imzalanma mərasimindən sonra Tokayevə Türkiyə Cümhuriyyəti Dövlət Nişanı təqdim olunub. Bu nişan, ona Türkiyə ilə Qazaxıstan arasında dostluq və əməkdaşlığın gücləndirilməsində göstərdiyi töhfələrə görə verilib.

Xatırladaq ki, Tokayev iyulun 28-də rəsmi səfərlə Türkiyəyə gəlib.

Səfər çərçivəsində dövlət başçıları Qazaxıstan-Türkiyə strateji tərəfdaşlığını daha da gücləndirməyə yönəlmiş danışıqlar aparıblar və ölkələr arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasını keçiriblər.

Seçilən
19
turkic.world

1Mənbələr