PSJ yeni mövsüm öncəsi qapı xəttini gücləndirmək üçün hərəkətə keçib.
Fanat.Az xəbər verir ki, Fransanın nəhəng klubu "Lill"in gənc qapıçısı Lukas Şevalye ilə razılığa gəlib.
Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Romanonun paylaşımına görə, PSG 22 yaşlı qapıçı üçün "Lill" klubuna 40 milyon avro dəyərində rəsmi təklif göndərib. Futbolçu ilə şəxsi razılıq artıq əldə olunub və transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.
Lukas Şevalye ötən mövsüm Lille forması ilə Liqa 1-də göstərdiyi sabit performansla diqqət mərkəzinə düşmüşdü.
Qeyd edək ki, gənc yaşına baxmayaraq o, Fransa futbolunun gələcək vəd edən qapıçılarından biri kimi qiymətləndirilir.
Kamil Xudiyev