AZ

EAPCA-nın online toplantısında yeni beynəlxalq təşəbbüslər müzakirə edildi - FOTOLAR

25 iyul 2025-ci il tarixində Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası (EAPCA) Zoom platforması üzərindən növbəti onlayn toplantısını keçirib. Görüşdə təşkilatın müxtəlif ölkələrdə fəaliyyət göstərən idarə heyəti üzvləri və nümayəndələri iştirak ediblər.

QHT.az Interval.Az xəbər verir ki, toplantıda gündəlik məsələlər üzrə aşağıdakı vacib qərarlar müzakirə olunub:


“EAPCA İlin Adamı” Beynəlxalq Mükafatının təsis edilməsi
Yeni yaradılan mükafat, Azərbaycan maraqlarının beynəlxalq miqyasda müdafiəsində və bu mukafat dunya migyasinda taninmis, ugurlara imza atmis liderlere, sulhu bergerar etmis siyasetcilere, idmancilara, elm ve incesenet xadimlerine tegdim edilecek. şəxslərin təltif edilməsini nəzərdə tutur.Qərbi Azərbaycan mövzusunda Avropa ölkələrində konfransların təşkili
Konfransların məqsədi Qərbi azərbaycanlıların hüquqlarının və tarixi yaddaşının beynəlxalq tribunlarda səsləndirilməsi və ictimai diqqətin bu məsələyə yönəldilməsidir.


Azərbaycanla bağlı lobbiçilik fəaliyyətinin gücləndirilməsi
Şura bu istiqamətdə əlaqələndirilmiş tədbirlər və strateji lobbiçilik fəaliyyətləri ilə beynəlxalq ictimai rəyə təsir imkanlarını artırmağı planlaşdırır.
Toplantıda iştirak edənlər:

Sahil Qasımov – EAPCA-nın baş katibi

Tənzilə Rüstəmxanlı – Millət vəkili, idarə heyətinin üzvü

Arzu Oktay – Məsul katib, Finlandiya

Rövşən Tağıyev – Müavin, Ukrayna

Gövhər Həsənzadə – EAPCA-nın Azərbaycandakı səlahiyyətli nümayəndəsi

Natiq Bağırov – İdarə heyətinin üzvü, Belarus

Rauf Zeyni – Müavin, Azərbaycan

Nadir Hölenbrand – İdarə heyəti üzvü, İsveç

Müşfiq Sultanov – İdarə heyəti üzvü, Almaniya

İlham İsmayılov – İdarə heyəti üzvü, Azərbaycan

Səfər Qarakoyunlu – Müavin, Türkiyə

Zamiq Yunisov – EAPCA Protokol rəhbəri

Toplantı zamanı əlavə məsələlərin növbəti görüşlərdə müzakirəyə çıxarılması qərara alınıb.
EAPCA – Azərbaycan gerçəklərinin beynəlxalq aləmdə təbliğinə və Avro-Atlantik coğrafiyada diaspor əməkdaşlığının gücləndirilməsinə yönəlmiş nüfuzlu beynəlxalq platformadır.

 

Ayla Qafqazlı

Seçilən
7
qht.az

1Mənbələr