AZ

Tramp Putinə 10 gün vaxt verdi

BAKI, 29 iyul. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putinin müharibə ilə bağlı razılığa gəlməsi üçün 10 gün vaxtı var.

Teleqraf xəbər verir ki, bu fikri ABŞ Prezidenti Donald Tramp Şotlandiyadan ölkəsinə qayıdarkən təyyarədə jurnalistlərlə söhbəti zamanı bildirib.

"10 gün sonra biz rüsumlar və sair qadağalar tətbiq etməyə başlayacağıq. Bunun Rusiyaya təsir edib-etməyəcəyini bilmirəm, çünki Putin açıq şəkildə müharibəni davam etdirmək istəyir, lakin biz tariflər və ikinci dərəcəli sanksiyalar tətbiq edəcəyik. Bu, onlara təsir edə də bilər və ya etməyə də bilər", - ABŞ lideri bildirib.

Seçilən
1
teleqraf.com

1Mənbələr