AZ

Direktor saxtakarlıqda ittiham edilir – Video


Ucar rayonunun Yuxarı Şilyan kəndində yerləşən uşaq bağçasında tərbiyəçi müəllim kimi çalışan Şəbnəm İsayeva iddia edir ki, bağçanın müdir əvəzi Emin Orucov onu saxtakarlığa təhrik edərək, məktəbəqədər təhsil müəssisəsinə gələn uşaqların sayını artıq yazmağı tələb edib.
Yeniavaz.com
xəbər verir ki, iddialarla bağlı müəllim “Xəzər Xəbər”ə danışıb.
İsayeva həmçinin müdir əvəzinin səs yazısını da təqdim edib.
Şəbnəm İsayevanın sözlərinə görə, o, Emin Orucovun tələbini yerinə yetirməyib. Elə bu səbəbdən onların arasında problem yaşanıb. Şəbnəm İsayeva iddia edir ki, deyilənləri etmədiyinə görə ona şidətli töhmət verilib.
Bildirilib ki, məsələyə aydınlıq gətirmək üçün Yuxarı Şilyan kənd tam orta məktəbinin direktoru, eyni zamanda bağça və körpələr evinin müdir əvəzi Emin Orucovla əlaqə saxlanılıb. Orucov sualları dinlədikdən sonra bu məsələ ilə bağlı heç bir açıqlama verməyəcəyini bildirib.
Mərkəzi Aran Regional Təhsil İdarəsinədən bildirilib ki,Ucar rayonu, Yuxarı Şilyan kənd uşaq bağçası-körpələr evi ilə bağlı yayılan səs yazısında əks olunan iddialarla bağlı məsələ İdarə tərəfindən nəzarətə götürülüb. Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir və nəticələrə uyğun olaraq müvafiq tədbirlər görüləcək.
Ətraflı videomaterialı təqdim edirik:
Seçilən
1
37
yeniavaz.com

10Mənbələr