18 yaşadək basketbolçulardan ibarət milli komandamız bu gün Avropa Çempionatı B divizionunda növbəti oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, yığmamız Portuqaliya seçməsinə qarşı qüvvəsini sınayıb və 54:68 hesabı ilə məğlub olub.
Millimizin növbəti oyunu 30 iyul saat 14:00-da Danimarka yığmasına qarşı olacaq.
Qeyd edək ki, milli komandamız daha öncə Gürcüstana (66:82), Ukraynaya (67:71), Rumıniyaya (34:60) məğlub olub.