Tramp Rusiyaya Ukrayna ilə razılaşmaq üçün 10 gün vaxt verir
ABŞ prezidenti Donald Tramp Ukrayna ilə sülh razılaşması əldə etmək üçün Rusiyaya 10 gün vaxt verdiyini və bu müddətin sonuna qədər razılıq əldə olunmasa, sanksiyalar tətbiq edəcəyini açıqlayıb.
ABŞ prezidenti Tramp Şotlandiyadan ABŞ-a qayıdarkən baş verənlərlə bağlı mətbuatın suallarını cavablandırıb.
Dünən "Rusiyaya 10-12 gün verirəm" açıqlaması ilə bağlı suala Tramp "Bu gündən etibarən Rusiyaya 10 gün verirəm. Sonra tariflər və buna bənzər şeylər tətbiq edəcəyik. Bunun Rusiyaya təsir edib-etməyəcəyini bilmirəm. Aydındır ki, Putin müharibəni davam etdirmək istəyir, amma biz tariflər tətbiq edəcəyik" deyib.
İki ölkə arasında bir an əvvəl sülh razılaşması əldə etmək istədiyini ifadə edən Tramp Rusiyanın bu istiqamətdə heç bir səy göstərmədiyinə inandığını bildirib.
Dünən verdiyi açıqlamadan sonra Putindən heç bir cavab almadığını da bildirən Tramp “Əsl ayıbdır” deyib.
aia.az
Tərcümə şöbəsi