AZ

İkiqat Olimpiya çempionu Pakistanda qaya uçqunu nəticəsində itkin düşüb

Olimpiya çempionu Dallmayer Pakistanda qaya uçqununda sonra itkin düşüb

Biatlon üzrə ikiqat olimpiya çempionu Laura Dalmayer Pakistanın Karakoram dağlarında Layla zirvəsinə qalxarkən ağır xəsarət alıb və itkin düşüb.

Qaziler.az bildirir ki, bu barədə iyulun 29-da DPA agentliyi onun menecerinə istinadən məlumat verib.

"Laura Dalmayer üçün ciddi narahatlıq: Keçmiş alman biatlonçu Pakistanda Qarakoram dağlarına qalxarkən ağır qəzaya uğrayıb. 31 yaşlı idmançı Layla zirvəsində qaya uçması nəticəsində ağır yaralanıb", - agentliyin Almaniyanın "Süddeutsche Zeit" qəzetinə istinadən verdiyi məlumatda deyilir

Qeyd olunur ki, ərazi uzaqda olduğundan xilasedici helikopter hadisə yerinə yalnız səhər saatlarında çata bilib. Ərazidə qayaların uçma riski yüksək olduğundan xilasedicilər hələ də Dalmayerə çata bilməyib. Agentliyin məlumatına görə, əraziyə baxış zamanı biatlonçunun heç bir izinə rast gəlinməyib.

QAZİLER.AZ

.

Seçilən
47
qaziler.az

1Mənbələr