AZ

“Baku Electronics”in fırıldağı – Müştəriyə işlənmiş kondisioner satılıb – FOTO

Bakı sakini Mehdi Nuruzadə iyulun 21-də “Koroğlu” metrostansiyası yaxınlığındakı “Bravo” marketin içində yerləşən “Baku Electronics” mağazasından atası Mais Nuriyev Malik oğlunun adına aldığı “Yoshiro” markalı kondisionerin keyfiyyətsiz çıxdığını iddia edir.
NOCOMMENT.az xəbər verir ki, o, məsələ ilə bağlı Bakupost.az-a müraciət edib.
Şikayətçinin sözlərinə görə, kondisioneri divara quraşdırmaq üçün gələn usta cihazı açaraq içərisinə baxıb və onun işlənmiş hissələrdən yığıldığını bildirib:
“Kondisioneri divara quraşdırmaq üçün gələn usta yanımızda ölçü götürmək üçün kondisionerin şurup qapaqlarını açdı və içərisinə baxdı. Dedi ki, “çox pis vəziyyətdədir, elə bil işlənmiş hissələrdən yığılıb”.
Mehdi Nuruzadə bildirir ki, hadisədən sonra dəfələrlə mağaza ilə əlaqə saxlayıb:
“Hər dəfə deyirlər ki, 100% həll edəcəyik. Amma indiyə qədər heç kim ev ünvanımı belə soruşmayıb.”
O əlavə edib ki, məsələ ilə bağlı “Baku Electronics”in vatsap nömrəsinə yazsa da, cavab ala bilməyib:
“O vaxtdan bəri heç kim nə zəng edir, nə də telefonu götürür. Ya yararsız mal satırlar, ya da malların içini özləri dəyişib müştəriyə təqdim edirlər”.
Məsələ ilə bağlı “Baku Electronics” mağazalar şəbəkəsi ilə əlaqə saxladıq. Şirkətin PR meneceri Nigar Zeynalova Bakupost.az-a açıqlamasında bildirdi ki, sözügedən məsələ ilə bağlı məlumatlıdırlar:
“Hazırda məsələ icraatdadır, tərəfimizdən araşdırılır.”

“Baku
“Baku
“Baku
“Baku

Seçilən
8
2
nocomment.az

3Mənbələr